İyun 10, 2018 08:06 Asia/Baku
  • İraqın Diyalə vilayətində partlayış: 24 ölü və yaralı
    İraqın Diyalə vilayətində partlayış: 24 ölü və yaralı

İraqın Diyalə vilayətində bomba partlayışı azı bir nəfərin ölümünə, 23 nəfərin də yaralanmasına bais olub.

Partlayış dünən gecə Diyalə vilayətinin Əlxas məntəqəsinin qədim bazarlarından birində baş verib.

İŞİD terror qrupunun İraqda məğlub olmasına rəğmən, hələ bu terror qruplaşmasının üzvlərindən bir qrupu bu ölkənin müxtəlif məntəqələrində iştirak edir və pərakəndə şəkildə terror hərəkətləri etməkdədir.

İŞİD terror qrupu 2014-cü ildə ABŞ-ın, eləcə də bu ölkənin qərbli və ərəb müttəfiqlərinin, o sıradan Ərəbistanın maliyyə-hərbi dəstəklərilə İraqa hücum edərək, həmin ölkənin şimal və qərb məntəqələrinin geniş bir hissəsini işğal edib, saysız-hesabsız cinayətlər törətdi. Onun ardınca İraq İrandan terrorçularla mübarizədə Bağdada yardım etməsini xahiş etdi.

İraqlı qüvvələr İranın məsləhətçilik yardımları ilə 2017-ci il noyabrın 17-də Ələnbar vilayətində yerləşən və İŞİD terror qrupunun sonuncu bazası sayılan Ravə şəhərini azad edə bildilər. Bu şəhərin azad edilməsilə real olaraq İŞİD-in İraqdakı işi bitmiş oldu.

Teqlər