Ərəbistanda xarici investisiya kəskin tərzdə azalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311974-Ərəbistanda_xarici_investisiya_kəskin_tərzdə_azalıb
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının statistikası ötən bir ildə Ərəbistanda birbaşa xarici investisiya həcminin süqutundan xəbər verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2018 06:50 Asia/Baku
  • Ərəbistanda xarici investisiya kəskin tərzdə azalıb
    Ərəbistanda xarici investisiya kəskin tərzdə azalıb

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının statistikası ötən bir ildə Ərəbistanda birbaşa xarici investisiya həcminin süqutundan xəbər verir.

BMT-nin Ticarət və İnkişaf Konfransının statistikasına əsasən, Ərəbistanda birbaşa xarici investisiya həcmi 2016-cı ildəki yeddi milyard 500 milyon dollardan 2017-ci ildə bir milyard 400 milyon dollaradək tənəzzül edibdir.

Bu xəbəri yayan amerikan "Forbes" jurnalı səud vəliəhdinin səudiyyəli şahzadələr və tacirlərdən təqribən 300 nəfəri həbs edərək, onların Ərəbistanda "böyük oğurluq" kimi tanınan azadlıqları qarşılığında onlardan 107 milyard dollar məbləğində pul almasının bu ölkədə sərmayə yatırımı üçün səbatsızlıq və etimadsızlıq atmosferinin şiddətlənməsinə və azadlıq anlamı barədə tərəddüdlərin artmasına bais olduğunu bildirib. 

Belə bir halda, Ərəbistan ötən üç ildə Yəmən ilə savaşda 120 milyard dollar xərcləməsinin ardınca iqtisadi problemlərə görə, minlərlə xarici fəhləni ixrac edibdir.