İyun 10, 2018 21:31 Asia/Baku
  • Humsun şərqində İŞİD-ə aid böyük silah anbarı aşkar edilib
    Humsun şərqində İŞİD-ə aid böyük silah anbarı aşkar edilib

Suriya ordusu Humsun şərqində yerləşən Əlsuxnə məntəqəsinin şimal-qərbindəki Əlhəbiyyə kəndində İŞİD terror qrupundan qalmış bomba və minaatana şamil edilən böyük cəbbəxana aşkar edib.

Suriya ordusu Tədəmmur şəhərinin şərqindəki Əlsuxnə məntəqəsində yerləşən səhranın içərilərində İŞİD-in təmizlənməsi əməliyyatının davamında Əlhəbiyyə kəndində İŞİD terror qrupundan qalmış bomba, yüzdən çox mərmi və minaatana şamil edilən böyük cəbbəxana aşkar edib.

Suriya ordusu 2017-ci ilin avqustunda İŞİD-çiləri məğlub etdikdən sonra bu terror qrupunun Humsun şərqindəki sonuncu bazası olan Əlsuxnə şəhərinə yiyələndi.

Teqlər