İyun 11, 2018 09:22 Asia/Baku
  • Saerun və Fəth koalisiyaları səs qutularının yandırılmasına reaksiya veriblər
    Saerun və Fəth koalisiyaları səs qutularının yandırılmasına reaksiya veriblər

İraqda parlament seçkilərinin səs qutularının saxlanıldığı böyük anbarda yanğının baş verməsindən sonra Müqtəda Sədrin rəhbərlik etdiyi Saerun və Hadi Əl-Amirinin başçılıq etdiyi Fəth koalisiyaları bu hadisəyə münasibət bildiriblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Saerun siyahısı bir bəyanat yayaraq bildirib: Bu yanğın barədə araşdırmalar şəffaf şəkildə həyata keçirilməli və onun nəticələri qısa zamanda elan edilməlidir. 

Müqtəda Sədr əks təqdirdə başqa seçimlərə malik olduğunu və daxili müharibəyə əsla getməyəcəyini bildirərək deyib: Seçki qutularının yandırılmasının müxtəlif məqsədləri var və nəzərə almaq lazımdır ki, bəsilər və təkfirçi terrorçular hələ də İraqda aktivdirlər. 

Fəth koalissiyasının rəhbəri Hadi Amiri də bildirib: Təmkinli olmaq ən yaxşı seçimdir və bəzi yerləri itirmək bütün ölkəni anarxiyaya sürükləməkdən daha yaxşıdır, İraqın təhlükəsizlik aparatları isə yanğın barədə araşdırmaların nəticəsini tezliklə elan etməlidirlər. 

İraqın baş naziri dünən gecə bir bəyanatda bildirib ki, Bağdadda səs qutularının saxlanıldığı əsas mərkəzlərdən birində baş verən yanğın ölkənin təhlükəsizliyi və demokratiyaya zərbə vurmaq məqsədini güdür. 

Sözü gedən mərkəz dünən günortadan sonra yanğına məruz qalıb və tamamiylə yanıb. 

Bu hadisə elə bir şəraitə baş verib ki,  İraq parlamentinin qərarına əsasən çərşənbə günündən etibarən bu ölkədə keçirilmiş son parlament seçkilərinin nəticələrindən daha da arxayın olmaq üçün səslərinin əllə sayılmasına başlanılacaqdı. 

İraq parlamenti Heydər Əl-İbadinin son parlament seçkilərində geniş saxtakarlıq ehtimalından xəbər verməsindən sonra səslərin yenidən sayılmasına göstəriş vermişdi. 

İraqın 4-cü parlament seçkiləri 12 mayda elektron metodla həyata keçdi amma eyni zamanda səslər qeydiyyata alındıqdan sonra qutuya da atılırdı. 

Teqlər