Ərrəyada silah satdığına görə Britaniya hökumətinə təzyiqlər artır
-
Ərrəyada silah satdığına görə Britaniya hökumətinə təzyiqlər artır
Balkan araşdırma reportior şəbəkəsi Britaniya hökumətinin dünyada gedən hazırkı toqquşmalarda minlərlə insanın həyatını xilas edə biləcək informasiyaların ifşasında məğlubiyyətə uğradığını bildirib.
Qardian qəzeti yazır: Balkan araşdırma reportior şəbəkəsi Səudiyyə Ərəbistanı üçün təmin olunan və bu yolla terrorçu qrupların əlinə çatdırılan silah və sursatın daşınma istiqamətinin dəyişməsi barədə xəbərdarlıq edib və bu prossesin əlavə toqquşmalara gətirib çıxaracağını bildirib.
Qardian yazıb: 2014-cü ildə iki britaniyalı silah dəllalı bu ölkənin beynəlxalq ticarət nazirliyindən istəmişdir ki, silah satışı üçün icazənamələr versin və onların fəaliyyətlərini Bosniya istehsalı olan silahların Səudiyyə Ərəbistanına satişinda vasitəçi kimi təsdiqləsin.
Qardianın yazdığına görə, Britaniya Beynəlxalq Ticarət Nazirliyi 20 günədə icazənamələri təsdiqləyib halbuki, bu nazirlik bu kimi icazələrin silahların sonda terrorçular və cinayətkarların əlinə çatmasına gətirib çıxaracağını nəzərə alaraq onu etməməli idi.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü başlanandan bəri Britaniya bu ölkə ilə 3 milyard pond hərbi müqavilə imzalayıb.
Səudiyyənin Yəmənə hərbi hücumları davam edir.