İraqda səs qutularını yandırmaqda şübhəli bilinən 4 nəfər haqda həbs qərarı çıxarıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312428-İraqda_səs_qutularını_yandırmaqda_şübhəli_bilinən_4_nəfər_haqda_həbs_qərarı_çıxarıldı
İraq məhkəməsi səs qutularının saxlanıldığı anbarın yandırılmasında şübhəli bilinən 4 nəfər o cümlədən 3 polis əməkdaşı haqda həbs qərarı çıxardıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2018 04:06 Asia/Baku
  • İraqda səs qutularını yandırmaqda şübhəli bilinən 4 nəfər haqda həbs qərarı çıxarıldı

İraq məhkəməsi səs qutularının saxlanıldığı anbarın yandırılmasında şübhəli bilinən 4 nəfər o cümlədən 3 polis əməkdaşı haqda həbs qərarı çıxardıb.

İRNA-nın məlumatına görə, İraq televiziyası barəsində həbs qərarı çıxarılanlardan üçnün polis əməkdaşı, birinin isə Ali Seçki Komissiyasının üzvü olduğunu bildirib. 

İraqın baş naziri Heydər Əl-İbadi də bazar günü axşam bir bəyanat yayaraq, səs qutularının paytaxt Bağdadda saxlanıldığı əsas anbarlardan birində baş verən yanğını İraqda təhlükəsizliyə və demokratiyaya zərbə vurmaq üçün atılmış addım adlandırıb. 

Heydər Əl-İbadi deyib: İraqın təhlükəsizliyini pozmaq istəyənlərin cavabı dəmir yumruqlar olacaq. 

İraqda son parlament seçkilərinə aid səs qutularının paytaxt Bağdadda saxlanıldığı əsas anbarlardan biri bazar günü yanğına məruz qalıb və bütünlüklə odda yanıb. 

Bu hadisə İraq Parlamentinin qərarı əsasında seçkilərin elan olunmuş nəticələrini dəqiqləşdirmək üçün səslərin çərşənbə günü yenidən əllə sayılması ərəfəsində baş verib. 

İraq Parlamenti baş nazir Heydər Əl-İbadinin son parlament seçkilərində geniş qanun pozuntusunun olması ehtimalını irəli sürməsinin ardınca, səslərin yenidən sayılması haqda göstəriş vermişdi. 

İraqda dördüncü parlament seçkiləri 12 may tarixində səslərin sayılması əməliyyatı elektron sayım metodu ilə həyata keçirilmiş və qeydiyyata alınan səslər yenidən səs qutularına qaytarılmışdı.