Bəhreyn kralı 70 min vətəndaşı seçkilərdə iştirakdan məhrum etdi
Bəhreyn kralının imzaladığı yeni qanuna əsasən 70 mindən çox bəhreynli parlament seçkilərində iştirak edə bilməyəcək.
Əl-Lolo bildirir ki, Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə bazar ertəsi günü fəaliyyəti dayandırılmış siyasi qrupların o cümlədən Əl-Vifaq, Vəd və Əməl qruplarının üzvlərinin parlament seçkilərində iştirakına icazə verməyən qanun layihəsini imzalayıb və qanun qüvvəyə minib.
İnsan Haqlarına Nəzarət təşkilatı 2018-ci ilə olan hesabatında Bəhreyn hökumətini ən qatı repressiyalar həyata keçirən rejimlərdən biri elan edib və 2017-ci ildə bu ölkədə insan haqları durumunun xeyli ağırlaşdığını bildirib.
Bəhreyn 2011-ci ildən hakim rejimə qarşı xalq etirazlarının şahididir. Xalq azad və demokratik bir quruluşun formalaşmasını, ictimai ədalətin təmin edilməsini və ayrı-seçkiliyə son qoyulmasını istəyir.