Suriya ordusu İŞİD-in Palmira şəhərinə hücumunu önləyib
-
Suriya ordusu İŞİD-in Palmira şəhərinə hücumunu önləyib
Suriya ordusu İŞİD terrorçularının Suriya, İraq və İordaniya sərhədlərinin qovuşma nöqtəsində yerləşən Əl-Tənf məntəqəsindən Homs vilayətində yerləşən Tədmur(Palmira) şəhərinə qarşı hücum planını zərərsizləşdirib.
Əl-Əxbariyə informasiya kanalının verdiyi məlumata görə, Suriya ordusu İŞİD terrorçularının Tədmur şəhərinə qarşı hücumunu önləmək üçün həyata keçirdiyi əməliyyat zamanı 5 terrorçunu məhv edib. Bu əməliyyat zamanı həmçinin, terrorçulara məxsus bir ədəd avtomobil və bir ədəd motorsiklet də məhv edilib.
İŞİD terrorçuları bu uğursuzluğun ardınca mühasirədə olan Əl-Tənf məntəqəsinə geri çəkiliblər.
Terrorçuların Əl-Tənf məntəqəsindən Suriyanın digər ərazilərinə nüfuz etmək planı mütəşəkkil şəkildə həyata keçirilir. Belə ki, ABŞ ordusunn Əl-Tənf məntəqəsindəki hərbi bazasının yaxınlığında yerləşən Əl-Rekaban düşərgəsipraktiki olraq İŞİD terrorçularının əsas sığınacağına çevrilib. Və terrorçuların Suriyanın digər məntəqələrindən buraya axın edirlər.