Netanyahu "4000" adlı korrupsiya işi ilə əlaqədar istintaqa cəlb olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312474-netanyahu_4000_adlı_korrupsiya_işi_ilə_əlaqədar_istintaqa_cəlb_olunub
İsrail polisi bu gün çərşənbə axşamı baş nazir Benyamin Netanyahunu "4000" adlı korrupsiya işi ilə əlaqədar istintaqa cəlb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2018 14:34 Asia/Baku
  • Netanyahu
    Netanyahu "4000" adlı korrupsiya işi ilə əlaqədar istintaqa cəlb olunub

İsrail polisi bu gün çərşənbə axşamı baş nazir Benyamin Netanyahunu "4000" adlı korrupsiya işi ilə əlaqədar istintaqa cəlb edib.

Benyamin Netanyahu "4000" adlı korrupsiya işində "Bezek" şirkətinin sahibi Şauvaloviçə, bu sionist iş adamına məxsus olan "Ualla" informasiya portalı tərəfindən  himayə olunması müqabilində, milyonlarla dollar məbləğində güzəştlər nəzərə alıb.

Qüds informasiya agentliyinin verdiyi məlumata görə, bu korrupsiya işi ilə bağlı istintaq hələ xeyli öncə həyata keçirilməli idi. Lakin, Netanyahu müxtəlif təhlükəsizlik məsələlərini bəhanə etməklə bu istintaqın təxirə salınmasına nail olmuşdu.

Bu arada bir qrup israilli baş nazirlik binası önündə aksiya keçirərək, Netanyahunun istefa verməsini tələb edib.