Əfqanıstanda yüzdən çox terrorçu məhv edilib
İyun 12, 2018 21:27 Asia/Baku
-
Əfqanıstanda yüzdən çox terrorçu məhv edilib
Əfqanıstan ordusu və təhlükəsizlik qüvvələrinin ötən 24 saat ərzində ölkənin müxtəlif məntəqələrində həyata keçirdiyi anti-terror əməliyyatlarında 114 terrorçu məhv edilib.
İRİB-nin verdiyi məlumata görə, Əfqanıstanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti çərşənbə axşamı bir bəyanat yayaraq, bildirib: Nəngərhar, Pəktiya, Ərzəqan, Zabul, Badğis, Fərah, Faryab, Bəlx, Bəğlan, Təxar, Nimruz və Helmənd vilayətlərində həyata keçirilən bu əməliyyatlarda 42 terrorçu da yaralanıb.