Sədr və Amiri daha böyük koalissiya yaratmaq üçün razılaşıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312676-sədr_və_amiri_daha_böyük_koalissiya_yaratmaq_üçün_razılaşıblar
Saerun seççki koalissiyasının rəhbəri Müqtəda Sədr və Əl-Fəth koalissiyasının başçısı Hadi Əl-Amiri dünən müştərək mətbuat konfransında bildiriblər ki, İraqın gələcək parlamentində daha böyük koalissiya yaratmaq barədə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2018 03:59 Asia/Baku
  • Sədr və Amiri daha böyük koalissiya yaratmaq üçün razılaşıblar

Saerun seççki koalissiyasının rəhbəri Müqtəda Sədr və Əl-Fəth koalissiyasının başçısı Hadi Əl-Amiri dünən müştərək mətbuat konfransında bildiriblər ki, İraqın gələcək parlamentində daha böyük koalissiya yaratmaq barədə razılığa gəliblər.

İRNA-nın verdiyi məlumata görə, mətbuat konfransında çıxış edən Sədr deyib: Əl-Fəth ilə koalissiya Saerun, Əl-Hikmə və Əl-Vətəniyyə arasında üçlük koalissiyaya zəmanət verir. 

Əmar Həkimin başçılıq etdiyi İraqın Milli Hikmət cərəyanının rəhbərlərindən olan Rəd Əl-Heydəri ötən cümə günü bu cərəyanla Saerun və Əl-Vətəniyyə arasında böyük fraksiyanın təşkil olunmasının razılaşdırılmasından xəbər vermişdi. 

İraq konstitusiyasına görə, parlamentin ön böyük fraksiyası hökumət təşkil edə bilər.