Əsəd: İran-Suriya əlaqələri stratejidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312916-Əsəd_İran_suriya_əlaqələri_stratejidir
Suriya prezidenti Əlaləm telekanalı ilə eksklüziv müsahibədə İran-Suriya əlaqələrini strateji adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2018 07:56 Asia/Baku
  • Əsəd: İran-Suriya əlaqələri stratejidir

Suriya prezidenti Əlaləm telekanalı ilə eksklüziv müsahibədə İran-Suriya əlaqələrini strateji adlandırıb.

Bəşşar Əsəd bu müsahibədə Ərəbistanın Tehran-Dəməşq əlaqələrinin kəsilməsinə dair təklifi barədə belə deyib: İran və Suriyanın strateji əlaqələri cənub və şimal məsələlərinin təsiri altında deyil. Bu əlaqə bütün cəhətləri ilə real şəkildə regionun hazırkı və gələcək vəziyyəti ilə bağlıdır və beynəlxalq bazarların qiymətlərinin təsiri altına düşməyəcəkdir.

Əsəd iranlı məsləhətçilərin Suriyaya dəvət olunmaları barədə də belə deyib: Suriya hökuməti elə əvvəldən iranlılardan və ruslardan istədi ki, Suriyada iştirak etsinlər, zira bu ölkələrin yardımlarına ehtiyac duyurdu və İran Suriyanın xahişinə müsbət cavab verdi.

Suriya prezidenti vurğulayıb: İran Suriya xalqını müdafiə istiqamətində vuruşub və bu yolda qan veribdir və müşavirə kəlməsindən istifadə o deməkdir ki, İran Suriyada hərbi bazaya malik deyildir.

Suriya prezidenti əlavə edib: Sionist rejimin artilleriyası və aviasiyası məhz terrorçuların və təbii olaraq, Cibhətunnusrə terror qrupunun artilleriyası və aviasiyasıdır.

Bəşşar Əsəd söyləyib: Amerika və sionist rejim birbaşa şəkildə Suriyanın cənubuna müdaxilə edirlər. Bu müdaxilələr və cənub bölgəsində terrorçuların himayə olunmaları bu regionda həll yollarının icra olunmamasına bais olubdur.