Bağdadda İİR-Rusiya-İraq-Suriya təhlükəsizlik əməkdaşlığı iclası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312918-bağdadda_İİr_rusiya_İraq_suriya_təhlükəsizlik_əməkdaşlığı_iclası_keçirilib
Çərşənbə günü Bağdadda İran, Rusiya, İraq və Suriyanın təhlükəsizlik əməkdaşlığı iclası keçirilib. İclasda dörd ölkənin hərbi rəsmiləri iştirak ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2018 07:57 Asia/Baku
  • Bağdadda İİR-Rusiya-İraq-Suriya təhlükəsizlik əməkdaşlığı iclası keçirilib

Çərşənbə günü Bağdadda İran, Rusiya, İraq və Suriyanın təhlükəsizlik əməkdaşlığı iclası keçirilib. İclasda dörd ölkənin hərbi rəsmiləri iştirak ediblər.

Bu dördtərəfli iclas İraq ordusunun baş qərargah rəisi ordu generalı Osman Əlğanimi, bu ölkənin müştərək əməliyyat komandanı korpus generalı Ədbulamir Yarəllah, həmçinin İran, Suriya və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilib və İŞİD daxil olmaqla terror qrupları ilə mübarizə barədə son təhlükəsizlik koordinasiyası həyata keçirilib.

Terror qruplarının hərəkətləri barədə son məlumatların mübadilə edilməsi, İraqda İŞİD və digər terror qrupları ilə mübarizədə həmkarlıqların davam etdirilməsi və gücləndirilməsinin vurğulanması, dördtərəfli Bağdad iclasında irəli sürülmüş mehvərlərdən olubdur.