Heç bir təcavüzkar Yəməndən salamat qurtarmayacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312938-heç_bir_təcavüzkar_yəməndən_salamat_qurtarmayacaq
Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini dünən bildirib ki, yəmənli qüvvələr heç bir təcavüzkarın Yəməndən salamat qurtarmaması barədə and içiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2018 13:03 Asia/Baku
  • Heç bir təcavüzkar Yəməndən salamat qurtarmayacaq

Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini dünən bildirib ki, yəmənli qüvvələr heç bir təcavüzkarın Yəməndən salamat qurtarmaması barədə and içiblər.

General-leytenant Əli Əlmuşəki bildirib ki, bütün məntəqələrdə təcavüzkarlarla döyüş cəbhələri misilsiz hadisələrin şahididirlər. O, qeyd edib ki, yəmənlilər son günlər Yəmənin qərb cəbhələrində böyük qələbələr qazanıblar. 

Əmirliklər və Səudiyyə rejiminin hərbçiləri Yəmənin Əlhudəydə limanını işğal etmək üçün bir ay bundan öncədən əməliyyata başlayıblar.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən əsas yol sayılır.

Yəmənin ordusu və xalq komitələri qüvvələri son günlər ərzində təcavüzkarlara ağır zərbələr endirə biliblər.

Son günlər Əmirliklər və Səudiyyə rejiminin hərbçilərindən yüzlərlə nəfər Əlhudəydədə məhv edilibdir.