İyun 16, 2018 10:22 Asia/Baku
  • Muhəmməd  Səlam
    Muhəmməd Səlam

Yəmənin Ənsarullah hərəkatının sözçüsü qondarma ərəb koalisiyasının Əlhudəydə limanına hücum üzrə hərəkəti barədə belə deyib: Bu savaş bir amerikan-ingilis döyüşüdür və təcavüzkar səud koalisiyası təklikdə hücumlara başlamaq qüdrətinə malik deyildir.

Muhəmməd Əbdussəlam ABŞ, İngiltərə və Fransa hərbi gəmilərinin Yəmənin qərb sahillərindəki iştiraklarına toxunaraq, vurğulayıb: Yəmən xalqı qərblilərin dəstəyinə malik olan təcavüzkar qüvvələr ilə mübarizə ilə iftixar edir.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü əlavə edib: BMT nümayəndəsi indiyədək Yəmən böhranının həlli üçün heç bir addım atmayıb və onun addımları yalnız qondarma ərəb koalisiyasının təcavüzkarlığını ört-basdır etməkdir.

BMT nümayəndəsi Martin Qriffits bu gün Yəmənin Ənsarullah hərəkatının baş katibi Əbdulmalik Bədrəddin Əlhusi ilə görüşməlidir.

Bundan öncə də Əbdulmalik Bədrəddin Əlhusi amerikalıların səudların və onların muzdurlarının təcavüzlərinə dəstək verdiklərini bildirmiş və demişdi ki, Yəmənin qərb sahillərinə yiyələnmək sionist rejimin regiondakı strateji hədəfidir.

Təcavüzkar səud koalisiyası iyunun 13-də insan durumunun ağır olmasına dair beynəlxalq xəbərdarlıqlara rəğmən, Yəmənin qərbində yerləşən Əlhudəydə limanını işğal etmək üçün geniş hücumlara başladı ki, indiyədək Yəmənin ordu və xalq komitələri qüvvələrinin müqavimətilə üzləşibdir.

Yəmənin qərbində, Qırmızı dənizin sahillərində yerləşən Əlhudəydə limanı bu ölkəyə humanitar yardımların yeganə giriş keçidi sayılır.

Teqlər