İyun 16, 2018 13:11 Asia/Baku
  • Təcavüzkar səud koalisiyası yəmənli qüvvələrin müqaviməti qarşısında ağır xəsarətlərə düçar olub
    Təcavüzkar səud koalisiyası yəmənli qüvvələrin müqaviməti qarşısında ağır xəsarətlərə düçar olub

Yəmənli mənbələr təcavüzkar səud koalisiyasının Yəmənin ordu və xalq komitələri qüvvələri snayperlərinin bir qrup təcavüzkar səud hərbçisini öldürmək üzrə uğurları daxil olmaqla müxtəlif cəbhələrdə ağır xəsarətlərə və tələfata uğramasından xəbər veriblər.

Yəmənin ordu və xalq komitələri qüvvələrinin snayperlər bölməsi dünən Ərəbistanın cənub-qərbində yerləşən Cizan və Əsir bölgələrində təcavüzkar səud koalisiyasının hərbçilərindən altı nəfəri öldürübdür.

Yəmənin ordu və xalq komitələri qüvvələri həmçinin dünən təcavüzkar səud koalisiyası muzdurlarının Yəmənin cənubunda yerləşən Ləhəc vilayətindəki bir neçə mövqeyini hədəfə alıblar. Nəticədə bir qrup muzdur məhv olubdur.

Həmçinin bir yəmənli hərbi mənbə vurğulayıb ki, Yəmənin ordu və xalq komitələri qüvvələri Əlhudəydə-də təcavüzkar səud koalisiyası muzdurlarının qarşısında pusqular quraraq, onlardan onlarla nəfəri öldürüb və onların iyirmidən çox hərbi avtomobilini məhv ediblər.

Teqlər