İyun 16, 2018 15:53 Asia/Baku
  • Kərkükün qərbində iki terror partlayışı baş verib
    Kərkükün qərbində iki terror partlayışı baş verib

Media mənbələri İraqın Kərkük şəhərinin qərbində iki terror partlayışının baş verməsindən xəbər veriblər.

Bu partlayışlar Kərkükün qərbində yerləşən Əlhuvəycə qəsəbəsinin yaxınlığında baş verib.

Bu partlayışların ardınca Əlhuvəycə qəsəbəsinin yaxınlığında yerləşən təhlükəsizlik qüvvələrindən bir qrupu ağır yaralanıb və xəstəxanaya köçürülübdür.

Belə bir halda, müştərək iraqlı qüvvələr Fitr bayramı münasibətilə Bağdad şəhəri daxil olmaqla bu ölkə boyunca güclü təhlükəsizlik tədbirləri görüblər ki, ehtimal olunan hər cür terror hücumunun qarşısını almış olsunlar.

Bağdad polis qüvvələrindən olan Əhməd Xələf bu barədə belə deyib: Terrorizmlə mübarizə qüvvələri, yerli polis, ordu, federal polis, kəşfiyyat və təhlükəsizlik dairələri dünən səhər tezdən Bağdad boyu hazır vəziyyətə gətiriliblər və bu təhlükəsizlik hazırlığı Fitr bayramı şənliklərinin sonunadək davam edəcək.

Digər tərəfdən, İraq hərbi qüvvələrindən olan mayor Həbib Əlşimri də belə söyləyib: Ordu və Əlhəşduşşəbi-dən olan müştərək qüvvələr Diyalə vilayətinin şimal-şərqində yerləşən "Nəftxanə" məntəqəsində bir əməliyyat keçirərək, İŞİD terrorçularını mühasirəyə alıblar. Nəticədə terrorçulardan ikisi öldürülüb, azı üç terrorçu da yaralanıbdır.

İŞİD-in İraqda məğlub olmasına rəğmən, bu terror qrupunun ünsürləri pərakəndə surətdə İraq və Suriyanın sərhəd məntəqələrində iştirak edirlər ki, iki ölkənin ordu qüvvələri bu məntəqələri təmizləməklə məşğuldurlar.

Teqlər