Fələstin Özünüidarə Təşkilatı: ABŞ-ın "Əsrin Müqaviləsi" planı məğlubiyyətə məhkumdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313544-fələstin_Özünüidarə_təşkilatı_abŞ_ın_Əsrin_müqaviləsi_planı_məğlubiyyətə_məhkumdur
Fələstin Özünüidarə Təşkilatı sədrinin sözçüsü şənbə günü ABŞ-ın "Əsrin Müqaviləsi" adlanan planın icrası üzrə səylərini faydasız adlandırıb və bildirib: Bu plan məğlubiyyətə məhkumdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 04:44 Asia/Baku
  • nüidarə Təşkilatı: ABŞ-ın
    nüidarə Təşkilatı: ABŞ-ın "Əsrin Müqaviləsi" planı məğlubiyyətə məhkumdur

Fələstin Özünüidarə Təşkilatı sədrinin sözçüsü şənbə günü ABŞ-ın "Əsrin Müqaviləsi" adlanan planın icrası üzrə səylərini faydasız adlandırıb və bildirib: Bu plan məğlubiyyətə məhkumdur.

İRNA-nın məlumatına görə, Nəbil Əbu Rudine deyib: "Əsrin Müqaviləsi" fələstinlilər tərəfindən qəbul edilməzsə və beynəlxalq qətnamələri olmazsa, məğlubiyyətə uğramış plandır. 

"Əsrin Müqaviləsi" ABŞ hökuməti tərəfindən yeni plandır. Bu plan Fələstin xalqının hüquqlarını məhv etmək məqsədini güdür. Bildirilir ki, bu plan bəzi ərəb ölkələrinin əməkdaşlığı və razılığı ilə hazırlanıb. 

ABŞ-ın "Əsrin Müqaviləsi" planına əsasən Qüds-Şərif sionist rejimə verilir, başqa ölkələrdəki fələstinlilərin qayıdış haqqı olmayacaq və Fələstin İordan çayının qərb sahili və Qəzzə zolağında qalan ərazilərin sahibi olacaq. 

"Əsrin Müqaviləsi" planı çərçivəsində ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda işğal olunmuş Qüds şəhərini saxta İsrail rejiminin paytaxtı kimi elan etdi.