Yəmən qüvvələri əl-Hüdeydədə təcavüzkarların hərbi gəmisini ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313552-yəmən_qüvvələri_əl_hüdeydədə_təcavüzkarların_hərbi_gəmisini_ələ_keçirib
Yəmən Ali İnqilab Komitəsinin sədri ötən gecə Yəmən qüvvələrinin əl-Hüdeydə sahillərində təcavüzkarların bir hərbi gəmisini ələ keçirdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 05:19 Asia/Baku
  • Yəmən qüvvələri əl-Hüdeydədə təcavüzkarların hərbi gəmisini ələ keçirib
    Yəmən qüvvələri əl-Hüdeydədə təcavüzkarların hərbi gəmisini ələ keçirib

Yəmən Ali İnqilab Komitəsinin sədri ötən gecə Yəmən qüvvələrinin əl-Hüdeydə sahillərində təcavüzkarların bir hərbi gəmisini ələ keçirdiyini bildirib.

İRNA-nın məlumatına görə, Məhəmməd Əli əl-Husi əl-Hüdeydə sahil zolağında təcavüzkarların vəziyyətinin yaxşı olmadığını bildirərək deyib: Bu hərbi gəmi ehtimal üzrə Fransa və ya ABŞ-a aiddir. 

Məhəmməd Əli əl-Husi son vaxtlar bildirib ki, əl-Hüdeydə sahil zolağı təcavüzkarların qəbiristanlığına çevriləcək. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya 13 iyundan Yəmənin qərbində əl-Hüdeydə limanını işğal etmək üçün irimiqyaslı hücumlara başlayıb. 

Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların göndərildiyi əsas yoldur.