Hüdeydədə Ərəbistanın ən böyük casusluq mafiyasının başçısı həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313572-hüdeydədə_Ərəbistanın_ən_böyük_casusluq_mafiyasının_başçısı_həbs_olunub
Yəmənin təhlükəsizlik xidmətləri səudiyyə koalisiyasının ən böyük casusluq mafiyasının birini müəyyənləşdirərək əl-Hüdeydənin Təhamə məntəqəsində təkfirçi başçısını həbs edə biliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 13:07 Asia/Baku
  • Hüdeydədə Ərəbistanın ən böyük casusluq mafiyasının başçısı həbs olunub
    Hüdeydədə Ərəbistanın ən böyük casusluq mafiyasının başçısı həbs olunub

Yəmənin təhlükəsizlik xidmətləri səudiyyə koalisiyasının ən böyük casusluq mafiyasının birini müəyyənləşdirərək əl-Hüdeydənin Təhamə məntəqəsində təkfirçi başçısını həbs edə biliblər.

Əl-Aləm televiziyasının məlumatına görə, təhlükəsizlik xidmətinin bir rəsmisi Səba agentliyinə müsahibədə deyib: Bu casusluq mafiyasına Ərəbistanda dünyaya gəlmiş və təkfirçi məktəbini bitirmiş Abdulla Sətihdir. O əcnəbi təhlükəsizlik xidmətlərinin mənafeyi istiqamətində ən böyük fəal təkfirçi təşkilatların birinin başçısıdır. 

Bu məlumatlı rəsmi bildirib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü dövründə Abdulla Sətih bu koalisiyaya xidmət edib. Məlumatların göndərilməsindən tutmuş, müharibə üçün muzdluların tutulmasınadək heç bir cinayəti əsirgəməyib. Son vaxtlar 40 üzvü olan iki böyük mafiyanın fəaliyyətinə nəzarət edib. 

Digər tərəfdən sosial-ictimai şəbəkələrin fəalları əl-Hüdeydənin aeroportunun daxilindən yeni video-çarx yayımlayıblar. Bu video-çarx əl-Hüdeydə aeroportunu ələ keçirməyə dair səudiyyə koalisiyasının iddiasının yalan olduğunu göstərir.