Həmas: Human Rights Watch-ın hesabatı sionist rejimin cani olduğunu təsdiq edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313654-həmas_human_rights_watch_ın_hesabatı_sionist_rejimin_cani_olduğunu_təsdiq_edir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, Human Rights Watch təşkilatının sionist rejimin Qəzzə zolağının sakinlərinə qarşı təcavüzü barədəki hesabatını bu rejimin cinayətkar olmasına bir təsdiq adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2018 05:15 Asia/Baku
  • Həmas: Human Rights Watch-ın hesabatı sionist rejimin cani olduğunu təsdiq edir
    Həmas: Human Rights Watch-ın hesabatı sionist rejimin cani olduğunu təsdiq edir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, Human Rights Watch təşkilatının sionist rejimin Qəzzə zolağının sakinlərinə qarşı təcavüzü barədəki hesabatını bu rejimin cinayətkar olmasına bir təsdiq adlandırıb.

Human Rights Watch təşkilatı ötən çərşənbə günü yaydığı bir hesabatda sionist rejimin Qəzzə sakinlərinə qarşı həddən artıq gücdən istifadə etməsini hərbi cinayət adlandırıb və bildirib ki, dünya ictimaiyyəti  sionist rejimin hərəkətlərini dayandırmalıdır. Həmin cinayətlərdə çoxlu sayda fələstinli həyatını itirib və ya yaralanıbdır.

Həmas hərəkatı dünən fələstinlilərə dəstəyə təkid edərək, deyib: Human Rights Watch təşkilatının hesabatının reallıqları göstərir ki, sionist rejim fələstinli aksiyaçılara qarşı hərbi cinayətlər sayəsində fələstinlilərə zərər vurmaq və qəsdən törədilən qırğınları ört-basdır etmək üçün müxtəlif əsaslandırmalar, qanunlar və siyasətlərdən istifadə edir.

Həmas, Human Rights Watch təşkilatının hesabatını sionist rejimin yalan əsaslandırmaları və fələstinli tərəfin rəvayətinin doğru olmasının digər bir nişanəsi adlandırıb və belə əlavə edib: Bu hesabat fələstinlilərin qırğını və Qəzzənin mühasirəsi daxil olmaqla Fələstin xalqının əzab-əziyyəti ilə bağlı gerçəkliyin bir hissəsidir.

Bu fələstinli hərəkat həmçinin vurğulayıb ki, beynəlxalq müəssisə və təşkilatlar Qəzzənin mühasirəsinin təcili və qeyd-şərtsiz olaraq ləğv olunmasına, eləcə də bu məntəqə sakinləri qarşısında öz əxlaqi, insani və hüquqi məsuliyyətlərinə əməl etməlidirlər.