Suriya ordusu terrorçuları susdurub
-
Suriya ordusu terrorçuları susdurub
Cibhətunnusrə terrorçuları Suriyanın Əlqunəytrə vilayətinin Əlbəəs şəhərinin məhəllələrini mərmi hücumlarına məruz qoyublar.
Bu hücumlar nəticəsində suriyalıların mənzillərinə maliyyə xəsarətləri dəyib.
Suriya ordusunun artilleriyası da Əlqunəytrə-nin ətrafında yerləşən Əlhəmidiyyə kəndində terrorçulara tərəf mərminin atıldığı məkanı hədəfə alıb.
Cibhətunnusrə terror qrupu həmçinin dünən gecə bir daha Əlqunəytrənin şimalında yerləşən Hizr kəndinin cənubundakı Əlkəşə və "Krum Əlhəmriyyə" məntəqələrinin meyvə bağları və kənd təsərrüfatı yerlərini yandırıbdır.
Sionist rejimin maraqları istiqamətində hərəkət edən terrorçular bu hərəkətlə kənd əhalisini əsas gəlir mənbəyi olan meyvə ağaclarının məhsullarından məhrum ediblər.
Suriya ordusunun artilleriyası Bəsra məntəqəsində və onun ətraf məntəqələrindəki terror qruplarını hədəfə alıbdır.