İyun 18, 2018 18:18 Asia/Baku
  • Əlhəşduşşəbi Suriyada İŞİD-in mövqelərinə hücum edib
    Əlhəşduşşəbi Suriyada İŞİD-in mövqelərinə hücum edib

İraqın Əlhəşduşşəbi qüvvələri İŞİD-in bu ölkənin Suriya ilə sərhədlərində yerləşən mövqelərinə hücum ediblər.

Əlhəşduşşəbi bu gün bildirib ki, İraqın xalq səfərbər qüvvələrinin İŞİD-in bu ölkənin Suriya ilə sərhədlərində yerləşən mövqelərinə qarşı artilleriya hücumunda bu terror qrupunun ünsürləri ağır xəsarətlərə düçar olublar.

İŞİD-in İraq və Suriyada məğlub olmasına rəğmən, bu terror qrupunun ünsürləri hələ də pərakəndə şəkildə İraq və Suriyanın sərhəd məntəqələrində iştirak edir və terror hərəkətləri törədirlər.

İraq parlamentinin nümayəndəsi Firdos Ələvadi ABŞ-ın başçılıq etdiyi dırnaqarası anti-İŞİD beynəlxalq koalisiyasının dünən gecə onlarla nəfərin ölümü ilə nəticələnmiş Suriya-İraq sərhədi yaxınlığında yerləşən Əlhiri şəhərinə qarşı hücumuna toxunaraq, amerikan qüvvələrin İraqdan çıxmalarını vurğulayıbdır.

Suriya insan haqlarına nəzarət qrupunun bildirdiyinə görə, amerikan koalisiyanın dünən gecə Suriyanın İraqla şərq sərhədi yaxınlığında keçirdiyi hücumda Suriya hökumətinə tərəfdar olan qüvvələrdən təqribən qırx nəfər öldürülüb.

Teqlər