Əlhudəydə döyüşlərində onlarla səud muzduru öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313700-Əlhudəydə_döyüşlərində_onlarla_səud_muzduru_öldürülüb
Səud təcavüzkarlarının tabeliyində olan onlarla muzdur, o sıradan onların komandirlərindən bir qrupu Əlhudəydədə, Yəmənin qərb sahili döyüşlərində öldürülüb və onlardan yüzlərlə nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2018 17:00 Asia/Baku
  • Əlhudəydə döyüşlərində onlarla səud muzduru öldürülüb
    Əlhudəydə döyüşlərində onlarla səud muzduru öldürülüb

Səud təcavüzkarlarının tabeliyində olan onlarla muzdur, o sıradan onların komandirlərindən bir qrupu Əlhudəydədə, Yəmənin qərb sahili döyüşlərində öldürülüb və onlardan yüzlərlə nəfər də yaralanıbdır.

Yəmənin ordu və xalq komitələri qüvvələri muzdurların 44-dən çox hərbi və zirehli avtomobilni məhv ediblər.

Həmçinin Yəmənin ordu və xalq komitələri qüvvələrinin Zalə vilayətindəki əməliyyatında Meris, Həclan və Cəmaş məntəqələrində bir qrup səud muzduru ölüb və yaralanıb.

Yəmən köçəri tayfalarının koordinasiya şurasının sədri və Əlhudəydə valisinin müavini Əli Qəşər də əmirliklərin ordusunun baş qərargah rəisi əvəzi İsa Seyf bin Əbəlan Əlməzruinin və iki gün bundan öncə Yəmənin qərbinə getmiş bu ölkənin bir qrup zabitinin öldürülməsindən xəbər verib.

Bu yəmənli rəsminin sözlərinə görə, səud koalisiyasının ötən bir neçə gün ərzindəki ölülərinin sayı 253 nəfərə çatıb. Keçən həftənin çərşənbə günü əmirliklər öz hərbçilərinin öldürüldüyünü təsdiq etdi.

Yəmənli müqavimət qüvvələrinin Əlhudəydədə təcavüzkarların bir hərbi qayığına yiyələnmələrinin ardınca bir agah yəmənli mənbə bu gün Ələxbar ilə müsahibədə deyib ki, həmin müsadirə edilmiş qayığın Fransa təbəəsi olan şərnişinlərinin tapşırığı bu limanın sahillərində casusluq olubdur.

Əlhudəydə şəhərinin yerli mənbələri Yəmən xalqına qarşı bir dünya savaşının cərəyan etməsinə toxunaraq, deyirlər: Səud və əmirliklərin təcavüzkarlarından əlavə, çoxmilliyyətli şirkətlərin muzdurları, amerikalı, sionist, fransız və ingilis qüvvələr də birbaşa şəkildə döyüşlərin ön cəbhəsində iştirak edirlər.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə əsas yoldur.