Suriyanın Bukəmal şəhərinə qarşı son hava hücumu sionist rejim tərəfindən həyata keçirilib
İyun 19, 2018 02:51 Asia/Baku
-
Suriyanın Bukəmal şəhərinə qarşı son hava hücumu sionist rejim tərəfindən həyata keçirilib
Adının gizli qalmasını istəmiş bir amerikan rəsmi dünən gecə CNN telekanalı ilə müsahibədə bildirib ki, Suriya ordusunun Bukəmal sərhəd şəhərindəki mövqelərinə qarşı son hava hücumu sionist rejim tərəfindən həyata keçirilib.
Yerli suriyalı mənbələr dünən səhər bildiriblər ki, ABŞ-ın komandanlığı altında olan sözdə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın qırıcıları Suriya ordusunun Bukəmal sərhəd şəhərindəki mövqelərini bombalayıblar.
Sionist rejim və Amerika daim terroristlərə dəstək olmaq üçün Suriya ordusunun mövqelərini hədəfə alırlar.
Dəməşq dəfələrlə BMT-nin baş katibinə və bu təşkilatın Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, onlardan amerikan-sionist koalisiyanın Suriyada törətdiyi cinayətlərə son qoymalarını istəyibdir.
Teqlər