Ənsarullah: Yəmənli mübarizlər təcavüzkarların qərb sahilindəki yardım xətlərini kəsiblər
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü deyib ki, bu ölkənin mübarizləri təcavüzkar səud koalisiyası qüvvələrinin qərb sahilindəki yardım xətlərini kəsiblər.
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlbəxiti bu ölkənin müqavimət qüvvələrinin təşəbbüsü ələ almaları nəticəsində təcavüzkar səud koalisiyası ünsürlərinin mühasirə edilmələrinə və onların yardım xətlərinin kəsilməsinə toxunaraq, əlavə edib: Bu gün təcavüzkar qüvvələrin hərəkətləri hərbi ehtiyaclara görə deyil, yalnız bir media nailiyyəti əldə etmək üçündür.
Yəmənli rəsmi həmçinin əmirliklərin xarici işlər üzrə müşavir naziri Ənvər Qərqaşın Yəmənin ordusu və xalq komitələri qüvvələrinin önşərtsiz olaraq Əlhudəydədən geri çəkilmələrinə dair gülünc ifadəsini təcavüzkarların ötən dörd ildəki cəfəngiyyatlarının təkrarı adlandırıbdır.
Yəmən ordusunun sözçüsü Şərəf Loğman dünən təcavüzkar səud koalisiyası qüvvələrinin Əlhudəydədəki irəliləyişini illüziya adlandırıb və bildirib ki, qərb sahili cəbhəsi bütün təcavüzkarları udacaqdır.