P.Moşərrəf və F.Səttarın səlahiyyətləri rədd olunub
-
P.Moşərrəf və F.Səttarın səlahiyyətləri rədd olunub
Pakistan seçkilərinə nəzarət komitəsi məhkəmə iclaslarında iştirak etmədiklərinə görə, bu ölkənin sabiq prezidenti Pərviz Moşərrəfin və həmin ölkənin Kəraçi müttəfiq partiyasının sədri Faruq Səttarın səlahiyyətlərini rədd edib.
Pakistan seçkilərinə nəzarət komitəsi bir məlumda bildirib ki, Kəraçi müttəfiq partiyasının sədri Faruq Səttar məhkəmə iclaslarında iştirak etmədiyinə görə, fərari bir canidir.
Pakistan seçkilərinə nəzarət komitəsinin məlumatında deyilir ki, Faruq Səttar tez bir zamanda məhkəməyə müraciət etməli və öz cinayət işlərinin vəziyyətini aydınlaşdırmalıdır.
Digər tərəfdən, bu komitə, cinayətlərinin araşdırılması üçün məhkəmə iclaslarında iştirak etmədiyinə görə, Pərviz Moşərrəfin də səlahiyyətini rədd edibdir.
Pərviz Moşərrəf Fitr bayramından sonra Pakistana gəlməli və məhkəmədə hakimlərin suallarını cavablandırmalı idi, amma o, məhkəməyə gəlməkdən imtina edibdir.
Pakistan parlament seçkiləri iyul ayında keçirilməlidir.