Ərəbistan və müttəfiqləri Dünya Çempionatı fürsətindən sui-istifadə edirlər
-
Ərəbistan və müttəfiqləri Dünya Çempionatı fürsətindən sui-istifadə edirlər
Futbol üzrə Dünya Çempionatının hay-küyü də Yəməndə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün qələbə gətirməyib.
ABŞ, İngiltərə və Fransa hərbçilərinin birbaşa iştirakı ilə Ərəbistan və Ərəb Əmirliklərinin Yəmənin əl-Hüdəydə limanına hərtərəfli hücumundan bir həftə keçir. Amma Yəmənin müqaviməti nəticəsində bu hücum indiyədək məğlubiyyətə uğrayıb.
Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti bildirib: Əl-Hüdəydəyə doğru irəliləyən qüvvələr demək olar ki, tam mühasirəyə düşüblər.
Yəmən ordusu və xalq komitələri qüvvələri ilə döyüşlərdə yüzlərlə səudiyyəli və müttəfiqlərinin qüvvəsi öldürülüb, onlarla nəfər də əsir götürülüb. Əsirlər arasınd fransız hərbçilər də müşahidə olunur.
Yəmənin qərbində əl-Hüdəydə vilayətində Birləşmiş Ərəb Əmirlikləri Ordusu Müştərək Qərargahının rəis müavini general İsa Seyfin bu ölkənin yüksək çinli zabitlərlə birlikdə öldürülməsi bu savaşın əhəmiyyətli olmasının nişanəsidir.
Ərəbistan və Ərəb Əmirliklərinin əl-Hüdəydədəki uğursuzluqları ilə BMT də həmişəki kimi onların köməyinə gəlib.
Yəmən əleyhinə müharibədə Ərəbistanın hərbi sözçüsünün dediyinə görə, BMT-nin Yəmən üzrə xüsusi elçisinin hazırkı tapşırığı əl-Hüdəydə limanını Ənsarullahdan almaqdır.
Yəmənin xarici işlər nazirinin müşaviri və müzakirə heyətinin üzvü də deyib: Birləşmiş Millətlər Təşkilatının əl-Hüdəydə limanı məsələsində iradəsi yoxdur və Fransa, İngiltərə və ABŞ-ın tələblərinin təsiri altındadır.
Futbol üzrə Dünya Çempionatı kimi olayların davam etdiyi, 3 milyardan çox azarkeşin ən sevilən və həyəcanlı idmanın matçlarını izlədiyi halda, göründüyü qədər, cinayətkarlar da bu fürsətdən sui-istifadə edərək insanların qırğın edilməsinə daha böyük rəğbət göstərirlər.
Ərəbistan rejimi və onun siyasi və silah hamiləri, xüsusilə Amerika, dünya insanlarının diqqətlərinin futbol çempionatına yönəlməsi ilə ən yoxsul ərəb ölkəsinin infrastrukturlarını daha çox məhv etmək və bu ölkə vətəndaşlarını qırğın etmək üçün aktivləşmişlər.
İnsan haqları fəalı Stefan Bell deyib: Bizim qənaətimizcə, İngiltərənin dəstəyi ilə Ərəbistanın Yəmənə qarşı etdiyi hücumlar dünyada ən böyük müasir insan böhranını yaratmışdır. Buna görə, biz bu qeyri-insani münasibətlərə etirazımızı davam etdirəcəyik.
Sivillər üçün qida, dərman maddələri və humanitar yardımların Yəmənə daxil olduğu əsas girişlərdən hesab olunan əl-Hüdəydə limanı mühasirəyə alınıb, güclü bombardmanlarla bu əsas yolun bağlanması ilə şübhəsiz bu ölkədə insan böhranı, yoxsulluq və aclıqvə vəba xəstəliyinin yayılması tendensiyasını artıracaq.
İngiltərə vətəndaşı deyib: Yəməndə baş verənlər tarixin ən ağır faciələrindən biridir. İngiltərə və başqa ölkələrin səudiyyəlilərə bağışlanan bombaların Yəmənin xəstəxanaları, məktəbləri və infrastrukturlarının məhv edilməsi üçün istifadə etdiklərini bilmələri dəhşətdir. Amma onlar hələ də Səud rejimini dəstəkləyir və ona silah verirlər.
Bu günlərdə BMT-nin İnsan Haqları Şurası üzvlərinin iclası keçirilməkdədir. Ərəbistan üçün dəhşətli silahları təmin edən ölkələrdən biri olan İngiltərə xarici işlər naziri bu iclasda Yəmən məsələsini araşdırmaq yerinə, üzvlərdən İsrailə qarşı olmaqdan əl çəkmələrini istəyib.