Əl-Hədidədə təcavüzkarlar məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314108-Əl_hədidədə_təcavüzkarlar_məhv_edilib
Yəmən ordusu və xalq komitələrinin Əl-Hədidədə Səudiyyə təcavüzkarları ilə toqquşmalarında Səudiyyə hərbçiləri və muzdlularından 60 nəfər öldürülüb və 130 nəfər əsir edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2018 07:58 Asia/Baku
  • Əl-Hədidədə təcavüzkarlar məhv edilib
    Əl-Hədidədə təcavüzkarlar məhv edilib

Yəmən ordusu və xalq komitələrinin Əl-Hədidədə Səudiyyə təcavüzkarları ilə toqquşmalarında Səudiyyə hərbçiləri və muzdlularından 60 nəfər öldürülüb və 130 nəfər əsir edilib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, dünən baş verən toqquşmalarda onlarla səudiyyəli təcavcüzkar da yaralanıb. 

Yəmən ordusunun snayperlər bölməsində bir mənbə bildirib ki, son 72 saat ərzində bu bölmə qüvvələri 30 dan çox səudiyyəli təcavüzkarı məhv edib yaxud yaralayıblar. 

Öncə də Səudiyyə muzdlularından 123 nəfəri Ənsarullah tərəfindən əsir edilmişdi. 

İnformasiya qaynaqları bu gün səhər bildiriblər ki, son 24 saat ərzində Səudiyyə qırıcıları Əl-Hüdəydə hava limanını 40 dəfə bombalayıblar. 

Həmin mənbələrə görə, aeroportun ətrafında şiddətli toqquşmalar baş verib və yəmənlilər təcavüzkar qüvvələri dəf ediblər. 

Səudiyyə qırıcılarının Əl-Hüdəydədə mülkini daşıyan avtobusa hücumunda isə 6 nəfər ölüb bir neçə adam yaralanıb. 

Yəmən Ənsarullahının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti Səudiyyəlilərin tabeliyində olan mediyaların Əl-Hüdeydə aeroportunun işğal edilməsinə dair məlumatlarını rədd edib. 

Təcavüzkar Səudiyyə koalissiyası 13 iyundan Əl-Hüdeydə limanını işğal etmək üçün geniş hücumlara başlayıb. Bu liman Yəmənə hümanitar yardımların çatdırılması üçün ən əsas limandır.