Terrorçuların Quneytərəyə hücumunda ölən və yaralananlar olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314140-terrorçuların_quneytərəyə_hücumunda_ölən_və_yaralananlar_olub
Suriya mənbələri terrorçuların Quneytərəyə raket hücumlarında 7 nəfərin ölümü yaxud yaralanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2018 15:09 Asia/Baku
  • Terrorçuların Quneytərəyə hücumunda ölən və yaralananlar olub
    Terrorçuların Quneytərəyə hücumunda ölən və yaralananlar olub

Suriya mənbələri terrorçuların Quneytərəyə raket hücumlarında 7 nəfərin ölümü yaxud yaralanmasından xəbər veriblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriya qaynaqları bildiriblər ki, terrorçuların Quneytərənin cənubunda Cəba qəsəbəsinə raket hücumunda bir nəfər ölüb 6 nəfər yaralanıb. 

Həmin qaynaqlar bildiriblər ki, yaraqlılar həmçinin Əssəvidanın qərbində Hərran kəndini də raketlə hədəfə alıblar. 

Eyni zamanda Suriya ordusu terrorçuların Dəranın şərqi qərbi və şimalındakı mövqelərini hədəfə alıblar. 

Suriya ordusu ölkənin cənub bölgələrinə əlavə quru qoşunlar yerləşdirərək bu ərazilərdə öz hərbi fəaliyyətini gücləndirir. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin dəstəyi ilə regiondakı balansı sionist rejimin xeyirinə dəyişməq məqsədi ilə terrorçuların geniş hücumu nəticəsində başlandı və Suriya ordusu və xalqının canfəşanlığı nəticəsində düşmənlərin məkirli planları nakam qaldı.