Sionist rejim müharibə naziri Bakıya səfərdən vaz keçib
-
Sionist rejim müharibə naziri Bakıya səfərdən vaz keçib
Azərbaycan Respublikası ordusunun təsis edilməsinin ildönümü mərasimində iştirak üçün Bakıya səfərə hazırlaşan sionist rejimin müharibə naziri həmin mərasimdə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrinə Dəstək nazirinin də iştirak edəcəyindən xəbər tutan kimi, bu səfərdən vaz keçib.
Haqqın.az portalının verdiyi məlumata görə, Azərbaycan Respublikası hökuməti 26 iyunda bu ölkə ordusunun təsisinin 100 illiyi münasibəti ilə keçiriləcək parad mərasimlərinə bir çox ölkənin rəsmilərini dəvət edib.
Məlumata görə, sionist rejimin müharibə naziri Aviqdor Liberman Əmir Hatəminin Bakıya səfəri və parad mərasimində iştirak edəcəyindən xəbər tutan kimi qəfildən Bakı səfərindən vaz keçib və işğalçı rejimi Bakı mərasimində bir neçə zabit təmsil edəcək.