Suriya Ərəbistanın Həcc ziyarətini siyasiləşdirməsini qınadı
Suriyanın Vəqflər Nazirliyi Ərəbistanın vəhhabi rəsmilərinin Həcc ziyarətini siyasiləşdirməsinə toxunaraq bildirib: Ər-Riyad suriyalı hacıların Həcc ziyarətinə getməsinə mane olur.
Suriyanın rəsmi informasiya agentliyi SANA-nın məlumatına görə, Suriyanın Vəqflər Nazirliyi bir bəyanatda bildirib: Suriya öz Xarici İşlər Nazirliyi vasitəsi ilə İslam Əməkdaşlıq Təşkilatı və Ərəbistanın Həcc Nazirliyinə müraciət edib. Lakin Həcc ziyarətini yerinə yetirmək 7-ci il ardıcıl olaraq siyasiləşdiyinə görə, suriyalılar üçün mümkün olmayıb.
Bundan öncə Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani də ərəbistanlı rəsmilərin Həcc məsələsini siyasiləşdirmələrini qınayıb.
Səudiyyə Ərəbistanı rejimi bu rejimin siyasətlərinə müxalif ölkələrə təzyiq tətbiq etmək üçün bir sıra islam ölkələri, o cümlədən Yəmən və Suriya vətəndaşlarını Həcc ziyarətinə getməkdən məhrum edib.