İraqda son parlament seçkilərinin ixtilaflı məsələləri müəyyənləşdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314416-İraqda_son_parlament_seçkilərinin_ixtilaflı_məsələləri_müəyyənləşdi
İraqın Konstitusiya Məhkəməsi ölkən Konstitusiyasının əsas ədliyyə qurumu olaraq son seçkilərdəki ixtilaflar, o cümlədən parlamentin qalmaqallı qərarlarının nəticəsini müəyyənləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 15:46 Asia/Baku
  • İraqda son parlament seçkilərinin ixtilaflı məsələləri müəyyənləşdi

İraqın Konstitusiya Məhkəməsi ölkən Konstitusiyasının əsas ədliyyə qurumu olaraq son seçkilərdəki ixtilaflar, o cümlədən parlamentin qalmaqallı qərarlarının nəticəsini müəyyənləşdirib.

İraq parlamenti son vaxtlar ölkədən kənardakı seçkilərin nəticələrini və parlament sekilərinin 10%-nin sayılması ilə bağlı planı ləğv edib.

İRNA-nın məlumatına görə, İraqın Konstitusiya Məhkəməsi cümə axşamı günü bir bəyanat yayaraq bu  ölkə parlamentinin seçkilərin şəffaflığına zəmanət vermək və İraq xalqı yanında etimad yaratmaq məqsədilə səslərin kütləvi sayılması haqdakı qərarını təsdiqləyib.

İraqın Konstitusiya Məhkəməsi həmçinin ölkədən xaricdə və Silahlı Qüvvələrin səsvermə dairələrinin nəticələrinin ləğvinə dair qərarını qəbul etməyib.

Bəyanata əsasən, qeyd olunan layihə İraqın Konstitusiyasına ziddir və seçicilərin hüquqlarının pozulmasına səbəb olur.

Bu məhkəmənin verdiyi qərarlar Konstitusiyaya əsasən qəti qərardır və ona etiraz etmək mümkün deyil.

12 may 2018-ci il tarixində seçicilik hüququna malik şəxslərin 44%-nin elektron formada səs verməsi ilə keçirilən İraqın 4-cü parlament seçkilərində Müqtəda Sədrin başçılıq etdiyi koalisiya 54 mandat, Hadi əl-Amirinin başçılıq etdiyi koalisiya 47 mandat, Heydər əl-İbadinin başçılıq etdiyi koalisiya isə 42 mandatla ilk üç yeri tutub.