Sədədə səudiyyəli koalisiyanın PUA-sı vuruldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314488-sədədə_səudiyyəli_koalisiyanın_pua_sı_vuruldu
Yəmən Ənsarullahı Hərəkatının qüvvələri Sədə vilayətinin cənub-qərbində Səudiyyə Ərəbistanının bir ədəd Pilotsuz Uçan Aparatını vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2018 04:28 Asia/Baku
  • Sədədə səudiyyəli koalisiyanın PUA-sı vuruldu
    Sədədə səudiyyəli koalisiyanın PUA-sı vuruldu

Yəmən Ənsarullahı Hərəkatının qüvvələri Sədə vilayətinin cənub-qərbində Səudiyyə Ərəbistanının bir ədəd Pilotsuz Uçan Aparatını vurublar.

Mehr İnformasiya Agentliyinin Sputnikə istinadla verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının qüvvələri Ərəbistana məxsus PUA-nı Sədə sərhəd vilayətinin cənub-qərbində Əz-Zahir bölgəsində vurublar. 

Bu arada Yəmən ordusu Ərəbistanın cənubunda Cizan sahillərində Birləşmiş Ərəb Əmirliklərinə məxsus kəşfiyyat təyyarəsini kəşfiyyat əməliyyatından qayıdarkən vurub. 

Yəmən ordusunun sözçüsü Şərəf Loğman da deyib: Əl-Hüdəydə aeroportu Yəmən ordusu və xalq komitələri qüvvələrinin nəzarətindədir və səudiyyəli təcavüzkar koalisiya qüvvələri yəmənli qüvvələrin mühasirəsindədir. 

Səudiyyəli təcavüzkar koalisiya 13 iyundan Yəmənin qərbində əl-Hüdəydə limanını işğal etmək üçün irimiqyaslı hücumlara başlayıb. 

Əl-Hüdəydə limanı Yəmənə humanitar yardımların göndərildiyi əsas yollardan biridir. 

Səudiyyə Ərəbistanı ABŞ və bir neçə ərəb ölkəsinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib. Məqsədi Yəmənin istefaya getmiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır. Lakin hava hücumları və Yəmənin bütün istiqamətlərdən mühasirəyə alınmasına baxmayaraq, öz məqsədlərindən heç birini əldə edə bilməyib.