Suriya ordusu amerikalı işğalçıların bazasını mühasirəyə alıb
-
Suriya ordusu amerikalı işğalçıların bazasını mühasirəyə alıb
Suriyanın əl-Badiyə səhrasının böyük hissəsinin azad olunması ilə İraqla sərhəd Ət-Tənf bölgəsində amerikalı işğalçıların bazası Suriya ordusunun mühasirəsinə keçib.
Döyüş meydanlarında olan hərbçilər bildiriblər: Suriya ordusu və müqavimət qüvvələri İraqla sərhəd bölgələri, Əlbukamaldan Ət-Tənfə qədər əraziləri İŞİD terrorçularının qalıqlarından təmizləməklə amerikalı işğalçıların bazasını hər tərəfdən mühasirəyə alıblar.
Suriya ordusu keçirdiyi əməliyyatda Suriyanın Badiyə səhrasından İraq sərhədinədək 45-60 kilometr ərazini İŞİD terrorçularının qalıqlarından təmizləyib.
Bu əməliyyat Hmeymim bölgəsinin 7 kilometr cənubu, Badiyədə 2 və 3-cü neft stansiyasından başlayaraq Badiyədə böyük ərazi, eləcə də Suriya və İraq sərhəd zolağında Əlbukamaldan Ət-Tənfədək ərazilərin terrorçulardan təmizlənməsi ilə nəticələnib.
Həmçinin Suriyanın Badiyə səhrasının 4500 kvadratkilometrdən çox ərazisi ordunun bir neçə gün ərzində Dəməşq, Homs və Deyruz-Zurun ətrafında İŞİD terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat keçirməsindən sonra azad olunub.
Həmçinin Suriya ordusu və ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Koalisiya" qüvvələri arasında quruda ilk toqquşma Palmiranın cənubunda ordu qüvvələrinin üç amerikalı hərbi avtomobilinə hücum etməsi ilə baş verib.
Suriya və İraq sərhədində yerləşən Ət-Tənf bölgəsində amerikalı hərbçilər Suriya hökumətinin icazəsi olmadan yerləşiblər və İŞİD terror qruplaşmasının qalıqlarını lojistik və silah-sursatla dəstəkləyirlər. Amerikalı xüsusi hərbçilərin nəzarəti altında onlar üçün təlim bazaları təsis olunmuşdur. Belə ki, son bir neçə ay ərzində bu bölgə Suriyanın əl-Badiyə bölgəsində hərbi mərkəzlərə hücum etmək üçün İŞİD terror qruplaşmasının əməliyyatı başladığı məntəqə olmuşdur.