Suriya və Qətər vətəndaşlarının Həcc ziyarətindən məhrum edilməsi pislənilib
-
Suriya və Qətər vətəndaşlarının Həcc ziyarətindən məhrum edilməsi pislənilib
İki Şərafətli Hərəmin İdarəsinə Nəzarət üzrə beynəlxalq heyət Səudiyyə Ərəbistanı hökumətinin müqəddəs məkanların ziyarətini siyasiləşdirməsi və Suriya və Qətər vətəndaşlarının Həcc ziyarətini yerinə yetirməkdən məhrum etməsini qınayıb və bu hərəkəti islam şəriətinə zidd adlandırıb.
İRNA-nın məlumatına görə, İki Şərafətli Hərəmin İdarəsinə Nəzarət üzrə beynəlxalq heyət bir bəyanat verərək Ərəbistanda müqəddəs məkanların məsələlərinin birgə şəkildə idarə olunması üzrə islam dövlətləri və qurumlarına müraciətini təkrarlayıb və bildirib: Ər-Riyadın bu ziyarəti təşkil etməkdə uğursuzluğa uğraması, minlərlə müsəlmanı ziyarətdən məhrum etməsi səudiyyəlilərin məsələni siyasiləşdirməsi üçün qanedici səbəbdir.
Səudiyyə rejimi bu rejimin siyasətlərinə müxalif olan ölkələrə təzyiq göstərmək üçün bir neçə islam ölkəsi, o cümlədən Suriya, Qətər və Yəmən vətəndaşlarını Həcc ziyarətindən məhrum edib.
Suriyanın Vəqflər və Xarici İşlər Nazirlikləri dəfələrlə İslam Əməkdaşlıq Təşkilatı və Səudiyyə Ərəbistanının Həcc Nazirliyindən suriyaıların Allah Evini ziyarət etməsinə şərait yaratmalarını istəyiblər.
Qətərin Vəqflər və İslam Məsələləri üzrə Nazirliyi də Ərəbistanın Həcc ziyarətinə getmək istəyən Qətər vətəndaşlarına problemlər yaratmasını tənqid edib.
İki Şərafətli Hərəmin İdarəsinə Nəzarət üzrə beynəlxalq heyət dəfələrlə bəyanat verərək Ərəbistnaı Həcc ziyarətini siyasiləşdirmək və ziyarətçilərin qanuni hüquqlarını pozmaqda suçlayıb.