Suriya ordusu Dəranın şərqində üç istiqamətdən əməliyyata başlayıb
-
Suriya ordusu Dəranın şərqində üç istiqamətdən əməliyyata başlayıb
Suriya ordusu cümə günü Dəranın şərqində terrorçulara qarşı əl-Bostan kəndi, Hərran havadan müdafiə bazası və Səma əl-Hənidat istiqamətlərindən əməliyyata başlayıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, döyüş meydanındakı hərbçilər deyiblər: Suriya ordusu qüvvələri terrorçuların müdafiə xətlərini yarmaq üçün Dəranın şərqi hissəsində terrorçuların mövqelərinə qarşı ilkin hücumlarda raketatan və arsenallardan istifadə edib.
Suriya qırıcı təyyarələri də Bəsər əl-Hərir, əl-Məlihə Əş-Şərqiyyə, əl-Məlihə əl-Qərbiyyə şəhərciklərində terrorçuların mövqelərinə hücumlarını başlayıblar.
Suriya ordusu qüvəvləri də Bəsər əl-Hərir və əl-Lica qəsəbələrini mühasirəyə alaraq terrorçuları təslim etmək ardıncadırlar.
Suriya ordusu terrorçuları Dəra və Qünəytərə qovmaq məqsədilə tank, top, raketatan avatanlıqlarla Dəra cəbhələrinə daxil olub.
Suriya ordusu həmçinin Deyr Dama və əl-Bostan kəndlərini terrorçuların işğalından azad ediblər.