Əfqanıstanda onlarla terrorçu öldürülüb
-
Əfqanıstanda onlarla terrorçu öldürülüb
Əfqanıstan təhlükəsizlik qüvvələrinin terroristlərin mövqelərinə qarşı əməliyyatında onlarla terrorçu öldürülüb.
Əfqanıstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu ölkənin təhlükəsizlik qüvvələrinin Nəngərhar, Vərdək, Qəndəhar, Fərah, Badğis, Faryab və Hilmənd əyalətlərində keçirdikləri dünənki əməliyyatda iyirmi səkkiz terrorist öldürülüb və on dörd terrorçu da yaralanıbdır.
Bu əməliyyatda öldürülən təkcə 18 talib Qəndəhar əyalətinin Xakriz rayonunda hədəfə alınıbdır.
Əfqanıstanı ordusunun bu ölkənin şimalındakı hərbi komandanlığının məlumatına görə, Taliban qrupunun komandirlərindən biri daxil olmaqla, bu qrupun 18 üzvü Faryab əyalətinin Ğurmas rayonunda öldürülüb və on altı nəfər də yaralanıbdır.
Bu gün Wərdək vilayətində yerli hakimiyyət rəsmiləri bildiriblər ki, Taliban üzvləri bu əyalətin Cəlzir rayonuna basqın edərək, təhlükəsizlik qüvvələrinin on altı postunu yandırıblar.
Bəzi mənbələrə görə, Taliban qüvvələri bu əməliyyatda 90 təhlükəsizlik qüvvəsini əsir alıblar.