Suriya ordusu terrorçuların Dəra ilə əlaqəsini kəsib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314700-suriya_ordusu_terrorçuların_dəra_ilə_əlaqəsini_kəsib
Suriyanın ordusu və silahlı qüvvələri terror qruplarının bu ölkənin cənubunda yerləşən ən mühüm bazalarından olan Əlləcah məntəqəsində onların arxa cəbhəsini atəşə tutaraq, onun Dəra şəhəri ilə əlaqəsini kəsiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2018 16:09 Asia/Baku
  • Suriya ordusu terrorçuların Dəra ilə əlaqəsini kəsib
    Suriya ordusu terrorçuların Dəra ilə əlaqəsini kəsib

Suriyanın ordusu və silahlı qüvvələri terror qruplarının bu ölkənin cənubunda yerləşən ən mühüm bazalarından olan Əlləcah məntəqəsində onların arxa cəbhəsini atəşə tutaraq, onun Dəra şəhəri ilə əlaqəsini kəsiblər.

Suriyadakı döyüş mənbələri bu ölkə ordusunun əməliyyatında terrorçuların Əlləcah məntəqəsindəki tədarük yollarının kəsilməsindən sonra  Bəsrulhərir qəsəbəsinin tam şəkildə azad edilməsinə toxunaraq, bildiriblər: Sionist rejimin tabeliyində olan terrorçuların əməliyyat otağının bombalandığı bu əməliyyat zamanı terrorçuların sionistlər və bu məntəqəni böyük silah və sursat anbarına çevirmiş İordaniya ilə əlaqəsi kəsilibdir.

Suriya ordusu dünən "Əlbəstan", "Həran HHM", və "Səma Əlhənidat" istiqamətlərindən Dəra vilayətinin şərqində yerləşən terrorçulara qarşı ilkin hücumlarına başlayıbdır.