Yəmənlilər Ərriyada raket hücumu ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315046-yəmənlilər_Ərriyada_raket_hücumu_ediblər
Səud mənbələri dünən gecə Yəmən ordusunun Ərriyada qarşı raket hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2018 05:21 Asia/Baku
  • Yəmənlilər rriyada raket hücumu ediblər
    Yəmənlilər rriyada raket hücumu ediblər

Səud mənbələri dünən gecə Yəmən ordusunun Ərriyada qarşı raket hücumundan xəbər veriblər.

Səudiyyəli internet fəalları bildiriblər ki, Ərriyadda bir neçə partlayış səsi eşidilibdir.

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bildiribdir ki, Ərriyadda Ərəbistan müdafiə nazirliyinin binası və Ərəbistan krallığının tabeliyində olan bir neçə qərargahı "Bərkan H2" tipli bir neçə ballistik raketlə hədəfə alıbdır.

Ərəbistanın hava hücumundan müdafiə sistemi iddia edibdir ki, bir ballistik raketi Ərriyadın səmasında izləyərək, vurubdur.

Belə bir halda, Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bildiribdir ki, bütün raketlər hədəfə dəyiblər.

Hələ bu hücumun törətdiyi tələfat və xəsarətlər barədə bir məlumat yayılmayıbdır.

Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman vurğulamışdı ki, təcavüzkarların Yəmənə qarşı təcavüzləri və mühasirələrinin davam edəcəyi zamanadək onların mövqeləri və iqtisadi təsisatları Yəmənin raket hədəfinə tuş gələcəklər.

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli mühasirəsinə rəğmən, günbəgün artmaqdadır.

Ərəbistan ABŞ, əmirliklər və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.

Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.