İyun 25, 2018 15:49 Asia/Baku
  • Sədr-İbadi bloku
    Sədr-İbadi bloku

Muqtəda Sədr ilə Heydər Əlibadi arasında koalisiyanın elan olunması ilə belə görünürdü ki, səslərin əl ilə yenidən sayılmasına israr, öz mənasını itirir, amma belə olmadı.

İraqda parlament seçkilərinin keçirilməsindən sonra günbəgün onun mürəkkəbliyinin artdığı bir şəraitdə belə görünür ki, Əlsairun-un rəhbəri Sədr ilə İraqın hazırkı baş naziri və Əlnəsr cərəyanının lideri Heydər Əlibadi arasında koalisiyanın elan edilməsi dövlətin təqdim olunması və İraqda yeni siyasi quruluşun formalaşmasını əvvəlkindən daha aydın edibdir. Bununla belə, İraq Ali Seçki Komissarlığı bildiribdir ki, federal məhkəmənin qərarına əsasən, İraqda dördüncü parlament seçkilərində səslərin əl ilə yenidən sayılışı şikayətlərin edildiyi mərkəzlərdə həyata keçiriləcəkdir.

Əlnəsr cərəyanının lideri Heydər Əlibadi şənbə günü Nəcəfi-Əşrəfə səfər edərək, Əlsairun-un rəhbəri Muqtəda Sədr ilə görüşübdür.

Əlməyadin telekanalı da xəbər veribdir ki, Əlibadi və Sədr bu görüşdən sonra nazirlər kabinetinin təşkil olunması məqsədilə bir-biriləri ilə koalisiya yaradıblar.

İraqın baş naziri və Sədr cərəyanının lideri bu blokun yaradıldığının elan olunmasından sonra birgə mətbuat konfransında deyiblər ki, Nəsr-Sairun bloku cinah, firqə və etnosdan kənar bir koalisiyadır.

 

Teqlər