Suriya ordusu Diyrəzzur səhrasının geniş ərazilərinə nəzarət edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315076-suriya_ordusu_diyrəzzur_səhrasının_geniş_ərazilərinə_nəzarət_edir
Suriya ordusunun bölmələri Diyrəzzur səhrasında bir qrup İŞİD terrorçusunu yatırdıqdan və 188 kvadrat-kilometrlik bir ərazini geri aldıqdan sonra çoxlu sayda terrorçunu öldürərək, onların hərbi təchizatlarını da məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2018 18:22 Asia/Baku
  • Suriya ordusu Diyrəzzur səhrasının geniş ərazilərinə nəzarət edir
    Suriya ordusu Diyrəzzur səhrasının geniş ərazilərinə nəzarət edir

Suriya ordusunun bölmələri Diyrəzzur səhrasında bir qrup İŞİD terrorçusunu yatırdıqdan və 188 kvadrat-kilometrlik bir ərazini geri aldıqdan sonra çoxlu sayda terrorçunu öldürərək, onların hərbi təchizatlarını da məhv ediblər.

Suriya ordusu ötən çərşənbə günü də Diyrəzzurun ətrafında yerləşən "Fiyzə bin Muyənə", "İkinci dayanacaq" və "Məəzilə" kəndi arasındakı bir məntəqəni geri almışdı.

Digər bir xəbərə görə, Rusiyanın Suriyadakı hərbi polis qüvvələri Hums vilayətinin şimalında yerləşən Əlrəstən məntəqəsində terrorçulara aid böyük bir silah anbarını aşkarlayaraq, müsadirə ediblər.

Bu cəbbəxanada terrorçulara aid partlayıcı maddələr və mərmi daxil olmaqla çoxlu sayda silah və sursat vardır. Terrorçular bundan öncə bu məntəqəyə nəzarət edirdilər və hazırda sülh razılaşması çərçivəsində Suriyanın şimalına köçürülüblər.

Rusiya müdafiə nazirliyi də bildiribdir ki, Suriya ordusu rus qırıcıların hava çətiri altında təkfirçi terrorçuların Suriyanın cənub istiqamətinə qarşı hücumunu zərərsizləşdirərək, onlardan yetmiş nəfərini öldürübdür.

Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Ərəbistan, ABŞ və onların müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə 2011-ci ildə başlanıbdır.