Sionist rejim Dəməşq aeroportunu raketlə hədəfə alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315312-sionist_rejim_dəməşq_aeroportunu_raketlə_hədəfə_alıb
Suriya televiziyası bu gün sionist rejimin Dəməşq beynəlxalq hava limanına qarşı raket hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2018 03:53 Asia/Baku
  • Sionist rejim Dəməşq aeroportunu raketlə hədəfə alıb
    Sionist rejim Dəməşq aeroportunu raketlə hədəfə alıb

Suriya televiziyası bu gün sionist rejimin Dəməşq beynəlxalq hava limanına qarşı raket hücumundan xəbər verib.

Suriya televiziyasının verdiyi məlumata görə, sionist rejimin hərbi təyyarələri dünən gecə bir daha Dəməşq hava limanını raketlə hədəfə alıblar. 

Bəzi qaynaqlar da Dəməşq aeroportuna raket hücumu xəbərini təsdiqləyərək bildiriblər ki, Suriyanın hava hücumuna qarşı sisteminin bu raketləri hədəfə çatmazdan öncə məhv etdiyini bildiriblər. 

Suriyanın müxtəlif bölgələrində terrorçu-təkfirçi qrupların məğlubiyyətindən sonra sionist rejimin Suriya ordusunun mövqelərinə qarşı hava və artileriya hücumları artıb. 

Suriya ordusu son günlər sionist rejimin təcavüzlərinə cavab olaraq bu rejimin işğal olunmuş Cövlan hündürlüklərindəki mövqelərini raketlə hədəfə aldı. 

sionist rejimin Suriyanın bu hücumuna necə cavab verməkdə çaş-baş qalması bu rejimin  həmin hücumları ört-basdır etməsi ilə nəticələndi.