ABŞ-ın hücumunda 11 əfqan ölüb
İyun 26, 2018 13:35 Asia/Baku
-
ABŞ-ın hücumunda 11 əfqan ölüb
Amerikanın Pilotsuz Uçan Aparatlarının Əfqanıstanın Nuristan vilayətinə qarşı hücumunda 11 mülki həlak olub.
AP-nin verdiyi məlumata görə, Nuristan vilayətinin hakimi Hafiz Əbdülqəyyum bu gün deyib: Amerikanın bir ədəd PUA-sı Vaygəl rayonunu hədəfə alıb və bu hücum nəticəsində 11 nəfər o sıradan 6 əfqan mülki həlak olub.
Hal-hazırda 16 min amerikan hərbçi və 19 min əcnəbi hərbçi NATO çərçivəsində Əfqanıstanda fəaliyyət göstərməkdədir.
Teqlər