Əfqanıstanda magistral yol taliblər tərəfindən bağlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315366-Əfqanıstanda_magistral_yol_taliblər_tərəfindən_bağlanıb
Taliblər qrupunun üzvləri Kabildən Qəndhara gedən şosse yolunda bir körpünü partladaraq Paytaxtın cənuba gedən yeganə şossesini bağlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2018 17:16 Asia/Baku
  • Əfqanıstanda magistral yol taliblər tərəfindən bağlanıb
    Əfqanıstanda magistral yol taliblər tərəfindən bağlanıb

Taliblər qrupunun üzvləri Kabildən Qəndhara gedən şosse yolunda bir körpünü partladaraq Paytaxtın cənuba gedən yeganə şossesini bağlayıblar.

İRİB-in verdiyi məlumata görə, Meydan Vərdək icra hakimiyyətinin sözçüsü Əbdürrəhman Məngəl bu gün deyib: Taliblər vilayətin seyidabad rayonunda Kabil-Qəndhar şossesi istiqamətində yerləşən bir körpünü partladıblar və nəticədə bu magistral yol yüzlərlə nəqliyyat vasitəsinin üzünə bağlı qalıb. 

Sözçü deyib: Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə taliblər arasında Seyidabad rayonunda şiddətli toqquşmalar davam edir və nəqliyyat vasitələrinin kənar yollardan ötürülməsinə cəhd göstərilir.