Bəhreyn rejimi Şeyx Qasimin ailə üzvlərini həbs edib
İyun 26, 2018 21:47 Asia/Baku
Ali-Xəlifə rejiminin hərbçiləri Bəhreyn inqilabının mənəvi rəhbəri şeyx İsa Qasimin oğlu və kürəkənini həbs ediblər.
Son günlər ərzində Şeyx İsa Qasimin səhəttində problemlərin yaranması barədə yayılan məlumatlardan sonra bəhreynli mübarizə ruhaninin ofisi dünən tvitter səhifəsində onun təcili tibbi yardım maşını ilə xəstəxanaya köçürülməsindən xəbər verib.
Əllölö telekanalının verdiyi məlumata görə, Ali-Xəlifə rejimi hərbçiləri şeyx İsa Qasimi xəstəxanaya daşıyan təcili tibbi yardım maşınında onun müşayiət edən oğlu və kürəkənini həbs ediblər.