Oğurlanmış yəmənlilərin anaları Ədəndə aksiya keçiriblər
Oğurlanmış yəmənlilərin analarından bir qrupu Yəmənin cənubunda yerləşən Ədən şəhərində aksiya keçirərək, Birləşmiş Ərəb Əmirliklərinin nəzarəti altında olan gizli məhbəslərdə vəhşicəsinə işgəncələri pisləyibdir.
"Yəməndə oğurlanmış şəxslərin qadınlar cəmiyyəti" həbs olunanlara və itkin düşənlərə qarşı vəhşicəsinə işgəncə metodlarının tətbiq olunmasını, eləcə də Ədəndə yerləşən və Birləşmiş Ərəb Əmirliklərinin nəzarəti altında olan gizli məhbəslər və təcridxanalarda onların hüquq və ləyaqətlərinin pozulmasını pisləyibdir.
"Yəməndə oğurlanmış şəxslərin qadınlar cəmiyyəti"nin üzvləri bu ölkədə səudiyyənin oyuncağı olan Yəmənin istefa vermiş baş naziri Əbd Rəbbuh Mənsur Hadinin yerləşdiyi Ədəndəki Əlməaşiq sarayının önündə keçirdikləri aksiyada həbs olunanlar və itkin düşənlərin azad edilmələri və öz ailələrinin ağuşuna qaytarılmalarını tələb ediblər.
Həmçinin Əlmərsəd insan haqları təşkilatı yeni məlumatda Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin və ya əmirliklərin tərəfdarlarının nəzarəti altında olan məhbəslərdə saxlanılan yüzlərlə məhbusun çətin durumundan xəbər verib və bildiribdir ki, həbs olunanlar təhdidlə işgəncə edilir və cinsi təcavüzə məruz qalırlar.
Bundan öncə Assoşieyted-Press Yəmənin cənubunda on səkkiz məxfi məhbəsin olmasından xəbər vermişdi.