Suriyanın Dəra məntəqəsində sionist rejim silahları aşkar edilib
-
Suriyanın Dəra məntəqəsində sionist rejim silahları aşkar edilib
Suriya ordusunun bölmələri Dəranın şərqində azad olunmuş Bəsrulhərir və Naxtə qəsəbələrinin təmizlənməsi əməliyyatı zamanı bəziləri sionist rejim istehsalı olan silah və sursata malik bir neçə cəbbəxana aşkar və müsadirə ediblər.
Bu silah anbarlarında bomba, RPG mərmiləri, TOW raketləri, tank mərmiləri, adi mərmi, raket və müəyyən miqdarda müxtəlif sursat və mina vardır.
Suriya ordusu azad olunmuş qəsəbələrdə öz iştirakını təsbit etdikdən sonra məntəqələrdən dəstək mərkəzləri kimi istifadə edir.
Bəsrulhərir və Naxtə qəsəbələrinin azad edilməsi Suriya ordusu üçün böyük nailiyyət sayılır, zira bu məntəqələr İordaniya və Suriyanın Əlləcat sərhədlərində terror qruplarının ən böyük bazaları sayılırdı və həmin nailiyyətlə, terrorçulara kömək yolları bağlanıbdır.
Həmçinin Suriyanın Əlqələmun məntəqəsinin tam şəkildə təmizlənməsindən sonra 500-ə yaxın suriyalı mühacir beş ildən sonra öz ölkəsinə geri dönübdür ki, Dəməşq ətrafında yerləşən Şərqi və Qərbi Əlqələmun məhəllələrindəki öz yaşayış məkanlarına getmiş olsun.