Qəzzədə anti-sionist aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315770-qəzzədə_anti_sionist_aksiya_keçirilib
Minlərlə fələstinli bu gün Qəzzə zolağında sionist rejimin bəşəriyyətə zidd hərəkətlərinə etiraz edərək, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 16:59 Asia/Baku
  • Qəzzədə anti-sionist aksiya keçirilib
    Qəzzədə anti-sionist aksiya keçirilib

Minlərlə fələstinli bu gün Qəzzə zolağında sionist rejimin bəşəriyyətə zidd hərəkətlərinə etiraz edərək, aksiya keçirib.

"Qan birliyi və müştərək tale" adı altında keçirilən bu aksiyada müxtəlif fələstinli qruplar sionistlərin fələstinlilərə qarşı rəhmsizcəsinə hücumlarını pisləyiblər.

Qəzzəyə qayıdış və Qəzzənin mühasirəsinin sındırılması aksiyasını keçirən milli heyət də bir çağırış verərək, bütün Fələstin xalqını bu aksiyada iştiraka çağırıbdır.

Fələstinin səhiyyə nazirliyi bir bəyanatda bildiribdir ki, qayıdış aksiyasının əvvəlindən, yəni 2018-ci il martın 30-dan bəri şəhid olmuş fələstinlilərin sayı130  nəfərə çatıbdır.