İyun 29, 2018 21:31 Asia/Baku
  • Yəmən qüvvələri təcavüzkarları məğlubiyyətə uğradıblar
    Yəmən qüvvələri təcavüzkarları məğlubiyyətə uğradıblar

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya Yəməni hərtərəfli şəkildə mühasirəyə alıb. Lakin Yəmən ordusu və xalq komitələri qüvvələrinin inamlı müqaviməti qarşısında məğlubiyyətə uğramışdır.

əl-Hüdəydənin əl-Tühəyta məntəqəsinin şimalında təcavüzkar qüvvələr Yəmən ordusu və xalq komitələri qüvvələrinin pusqusuna düşüblər. Təcavüzkar qüvvələr səhra yolu ilə davam etməyə və əl-Tühəyta yolunu kəsməyə çalışıblar, amma məğlub olub və çoxlu xəsarətlərlə üzləşiblər, çoxlu sayda əsgər də qaçıb.

Yəmən hərbçisi deyib: Öz qüvvəmizə arxalanmaqla deyil, Allahın köməyi ilə düşmənləri ağır məğlub edəcəyik. Onlar məğlubiyyətdən başqa heç bir nəticəni qazanmayacaqlar.

Digər tərəfdən bir hərbi rəsmi bildirib ki, təcavüzkarların qərb sahilində əl-Fazə və əl-Məcilis bölgələrinə doğru irəliləməsinin qarşısı alınarkən onların 50-dən çox əsgəri, o cümlədən bir neçə zabit öldürülüb, 15 ədəd zirehli hərbi avtomobili məhv edilib. Həmçinin əl-Cah və Ən-Nüxəyldə təcavüzkarların mühasirəsi və onların tədarük yollarının kəsilməsi davam edir. Ərəb Əmirliklərinin qərb sahillərinə gətirdiyi əsgərlərin bir qrupu əsir götürülüb.

Əsir götürülən hərbçi deyib: Bizə Ərəb Əmirlikləri təlimlər keçib və biz, qərb sahilində Əl-Muxa bölgəsində döyüşmək üçün göndərilmişik. Yəmən ordusu və xalq komitələri qüvvələri məni əsir götürdülər.

Başqa bir əsir deyib: Silahdaşlar və qardaşlarımı doğru yola qayıtmağa və Allah düşmənlərinin yanında öz qardaşları ilə döyüşməsinlər.

Malayziyanın müdafiə naziri ölkəsinin Yəmən əleyhinə müharibə koalisiyasından çıxdığını rəsmən elan edib və Yəmənin Xarici İşlər Nazirliyi də bu mövzunu müsbət qarşılayıb. Yəmənin Ali İnqilab Komitəsi Malayziyanın bu qərarını Yəmənin sabiq hökumətini kor-koranə şəkildə dəstəkləməkdən çəkilmək hesab edib. Halbuki səudiyyə koalisiyası qərb sahilində məğlubiyyətlə üzləşib və BMT-nin elçisi Ədəndə Mənsur Hadi ilə görüşərək bu məğlubiyyətləri ört-basdır etməyə çalışır.

 

Teqlər